“Prezidentlik sistemini qəbul etsəydim hökumətlə aramız yaxşı olardı” – FƏTULLAH GÜLƏN

15 iyunda Türkiyədə baş vermiş çevriliş cəhdini təşkil etməkdə günahlandırılan Fethullah Gülen Politico jurnalına verdiyi müsahibədə deyib ki, prezidentlik sitemini dəstəkləmədiyi üçün ölkə başçısı Erdoğanla yolları ayrılıb.
"Əgər bu tələbləri qəbul etsəydik, indi Türkiyə hökuməti ilə aramız yaxşı olardı," cənab Gülen deyib.
Cənab Erdoğanla bir vaxtlar dost və müttəfiq olduqları ilə bağlı şərhlərə cavab olaraq, cənab Gülen onunla heç bir vaxt çox yaxın olmadıqlarını bildirən din xadimi, iki və ya üç dəfə, hər dəfə də seçkilərdən öncə görüşdüklərini və hökumətə dəstək verdiklərini bildirib.
Fethullah Gülen ABŞ-ın onun ekstradisiyasına qərar verəcəyi təqdirdə biletini özü alaraq gedəcəyini deyib.
Ruhani ABŞ-da dərc edilən Politico jurnalından Nahal Toosi-nin suallarına cavab verib. Həmin müsahibə, "Heç nədən peşman deyiləm" başlığı ilə dərc olunub.
Din xadimi Türkiyədə təxminən 30 il moizə etdiyini, çıxışları və məqalələrinə əsaslanan 70-dən çox kitabın dərc edildiyini deyib.
"Türkiyə hökuməti içində baxışlarımı mənimsəməyənlər olduğu kimi, fikirləriminin bir qismini paylaşan insanların olması təbiidir," o deyib.
15 iyul çevriliş cəhdinin arxasında olması ilə bağlı ittihamlara dair suala cavab olaraq cənab Gülen, heç vaxt rejim dəyişikliyini müdafiə etmədiyini bildirib.
Fethullah Gülen tərəfdarlarının dövlət qurumlarını ələ keçirməyə çalışmaları ilə bağlı ittihamlara da cavab verib.
"Dövlət qurumlarında çalışmaq hər bir türk vətəndaşının qanuni haqqıdır. Sübut olmadan onlardan birisini mənfur əməllərdə günahlandırmaq, qarayaxmadır," o deyib.
"Bəs ABŞ sizi Türkiyəyə ekstradisiya etmək qərarını verərsə?" sualına cənab Gülen ABŞ-ın hüququn aililiyi və azadlıqlara hörmət prinsiplərindən imtina etməyəcəyinə inandığını deyib.
Lakin o, ekstradisiyası ilə bağlı qərarın olacağı təqdirdə "biletimi alaraq, gözümü qırpmadan öz istəyimlə gedərəm" deyib.
 
Erdoğanla "seçkilərdən öncə 2-3 dəfə görüşmüşük"

“Prezidentlik sistemini qəbul etsəydim hökumətlə aramız yaxşı olardı” – FƏTULLAH GÜLƏN
"Prezident Erdoğanla bir vaxtlar dost və müttəfiq olduğunuz doğrudurmu?" sualına Gülen, "Bir çoxları münasibətlərimizi ittifaq kimi dəyərləndirib, amma əslində heç bir vaxt çox yaxın olmamışıq" deyə cavab verib.
"Onunla [Erdoğanla] iki və ya üç dəfə, həmişə seçkilərdən əvvəl görüşmüşəm. Partiyası seçkilərdə iştirak edəndə mən burdaydım [ABŞ] ona görə də səs verməyim müzakirə mövzusu deyil. Lakin "Hizmet" tərəfdarları onun partiyasını öz səsləri və mediadakı çıxışları ilə dəstəklədilər".
Cənab Gülen hakim partiya olan AKP-nin 2011-ci ildə hərbiyyədən ehtiyat etmədən konstitusiya islahatına söz verdiyini, lakin seçkiləri qazandıqdan sonra daha əvvəl həyata keçirdiyi bütün demokratik islahatlardan imtina etdiyini bildirib.
Özünün də əvvəllər ABŞ və ya Fransada olduğu kimi, prezidentlik sisteminə keçidi dəstəklədiyini bildirən cənab Gülen, "Lakin cənab Erdoğanın təklifi sultanlıq rejiminə yaxın bir şeydir".
"Vicdanım rahat olaraq belə bir rejimi dəstəkləyə bilməzdim," deyib.
O daha sonra deyib ki, prezidentlik sistemini dəstəkləmək üçün ona və tərəfdarlarına təzyiqlər olub.
"Əgər bu tələblərə uyub biət etsəydik, indi Türkiyə hökuməti ilə aramız yaxşı olardı.
"Əgər bu tələbləri qəbul etsəydik, indi Türkiyə hökuməti ilə aramız yaxşı olardı. Lakin rədd etdik və üç ildir ki, qəzəbə tuş gəlmişik. Buna müstəqilliyin əvəzi də deyilə bilər," din xadimi deyib(bbc).