Prezidentlə CNN arasında amansız savaş başladı

CNN Televiziya Kanalı yalan xəbər qaynağıdır və dünyada Amerikanı pis təmsil edir.
 
Bu haqda ABŞ Prezidenti Donald Tramp özününTvitter hesabında yazıb.
Prezident qeyd edib ki, əslində "Foks Nyus" kanalı CNN-dən daha əhəmiyyətlidir, sadəcə olaraq Amerika xaricində CNN hələ də əhəmiyyətini saxlayır. Bununla yanaşı, CNN Amerikanı dünyada çox pis təmsil edir.
Qeyd edək ki, Trampın bu paylaşımı qısa müddətə böyük marağa səbəb olub. 17 mindən çox Tvitter iştirakçısı bu statusu paylaşıb, 36 min nəfər isə statusa şərh yazıb.
CNN isə Prezident Trampın bu iddiasına cavab verib.
“Amerikanı dünyada təmsil etmək CNN-in deyil, sizin əsas işinizdir. Bizim işimiz sadəcə xəbər verməkdir”./teleqraf.com