Prezidentinin təşviqat qərargahının 6 əməkdaşında koronavirus aşkarlandı - AMERİKADA

Baxış sayı:
1425

ABŞ Prezidenti Donald Trampın seçki ərəfəsində yaradılmış təşviqat qərargahın 6 əməkdaşında koronavirus aşkar edilib. 

“Axios” nəşri xəbər verir ki, bu barədə qərargahın xarici əlaqələr üzrə direktoru Tim Mert açıqlamasında bildirib.

T.Mertin sözlərinə görə, qərargahın sözügedən 6 əməkdaşı ABŞ liderinin Oklahoma ştatının Tulsa şəhərində nəzərdə tutulmuş mitinqini təşkil etmək üçün səfərbər olunublar: “Təhlükəsizlik protokollarına uyğun olaraq, heyət üzvləri tədbirdən əvvəl COVID-19 testindən keçiriliblər. Onların hər birində testin cavabı müsbət olub. Dərhal əməkdaşlar karantinə alındılar”./apa