Prezidentin yüksək vəzifə verdiyi İsrafil Məmmədov kimdir? - DOSYE/FOTO

Baxış sayı:
9040

Prezident İlham Əliyev İsrafil Məmmədovu Neft Fondunun icraçı direktoru vəzifəsinə təyin edib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, İ.Məmmədov 26 iyul 1973-cü ildə anadan olub. 1990 - 1995-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində təhsil alıb və ixtisasca iqtisadçıdır. O, ingilis, ərəb, rus dillərini bilir, evlidir, üç övladı var. İ.Məmmədov 1995 -1996-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində çalışıb. 1996-2007-ci illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində işləyib. 2007-2008-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Böyük Britaniyadakı nümayəndəsi vəzifəsini tutub. 2008-2013-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunda Vəsaitlərin İdarə edilməsi müdiriyyətinin müdiri vəzifəsini icra edib. 23 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.