Prezidentin yerini sosial şəbəkədə paylaşan jurnalist saxlanıldı

Baxış sayı:
472

Fransa prezidenti Emmanuel Makronun dünən teatrda olduğunu sosial şəbəkədə paylaşan jurnalist saxlanılıb.

"Qafqazinfo" Xarici KİV-ə istinadən xəbər verir ki, jurnalist Taha Bouhafs paylaşımında teatr salonunda olduğunu və prezidentin oturduğu cərgədən 3 sıra arxada əyləşdiyini qeyd edib. Bundan sonra Fransada pensiyayla bağlı ediləcək dəyişikliyi qəbul etməyən insanlar teatr qarşısına toplaşaraq şüar səsləndiriblər.

Etirazçılar teatr salonuna girməyə çalışsa da, polis buna mane olub. Makron teatrdan təhlükəsizlik qüvvələrinin köməyilə uzaqlaşdırılıb.