Prezidentin xanımı "Paltardəyişmə otağı"nda - SENTYABRIN 15-də GÖRÜNTÜLƏNƏCƏK

Baxış sayı:
7996

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Brijit Makron ölkədə yayımlanan serialın bir seriyasında çəkilib.

Muxalifet.az xəbər verir ki, B.Makron "Vestiaires" (paltardəyişmə otağı) serialında iştirak edib.

Qeyd edək ki, "Vestiaires" serialı iki fiziki qüsurlu üzgüçünün yumoristik əhvalatlarından bəhs edir.

Brijit Makronun yer aldığı seriya sentyabrın 15-i yayımlanacaq.