​Prezidentin qızları atalarını belə təbrik etdi - FOTO

Baxış sayı: 115

İvanka Tramp həyat yoldaşı, övladları və digər ailə üzvləri ilə birlikdə atası Donald Trampı doğum günü olması münasibətilə təbrik edib
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, iyunun 14-də Donald Trampın 71 yaşı tamam olub. Amerika prezidentini ad günü münasibətilə təbrik etmək üçün ən yaxın adamları Vaşinqtona gəlib: Övladları, nəvələri və digər qohumları. Bu yaxınlarda oğlu Berronla birlikdə Ağ evə köçən ölkənin birinci xanımı Melaniya Tramp isə dövlət başçısının şərəfinə ailə naharı təşkil edib.
İvanka Tramp atasına sosial şəbəkədə bu təbriki ünvanlayıb: “Doğum günün mübarək mənim möhtəşəm atam. Ümid edirəm ki, gələn ilin daha da yaxşı olacaq”.
Prezidentin kiçik qızı Tiffani və oğlu Erik də Donald Trampla fotolarını sosial şəbəkədə paylaşıb, ona uzun ömür arzulayıblar.
Xatırladaq ki, bu günlərdə prezident qızı İvanka ilə birlikdə Viskonsin ştatına işgüzar səfər edib.