Prezidentin Qarabağdan danışdığı sessiyada Elmar Məmmədyarov yuxuladı – FOTOLAR

Baxış sayı:
25087

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında iştirak edir. Demokrat.az xəbər verir ki, məhz bu iclasda dövlət başçısı mühüm mesajlar verdi və sessiyada "Qarabağ - Azərbaycandır. Və nida işarəsi" kimi qətiyyətli çıxışı ilə yadda qaldı. Lakin bütün bu hadisələr baş verdiyi iclas zalında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov vaxtını mürgüləməklə keçirir. Azərbaycan və onun xarici siyasətində əsas prioritet olan Qarabağ məsələsi ilə bağlı müzakirələr gedir, prezident bütün dünyaya ciddi mesajlar verir, ancaq xarici siyasətin bir nömrəli adamı yuxulamaqla bütün görülən işlərə kölgə salır.