​Prezidentin övladlarına ad verdiyi məhşurlar - SİYAHI

Baxış sayı:
3727

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Muxalife.az xəbər verir ki, fəxri adlara layiq görülənlərin arasında məşhur şəxslərin, korifey sənətkarların övladları da var.
Görkəmli bəstəkarlarımız Qara Qarayevin oğlu Fərəc Qarayev və Fikrət Əmirovun oğlu Cəmil Əmirov xalq artisti adını alan sənətkarlardandır.
Bu fəxri ada layiq görülənlərin arasında unudulmaz aktrisa Nəsibə Zeynalovanın oğlu, aktyor Cahangir Novruzov və əfsanəvi cazmen Vaqif Mustafazadənin qızı, pianoçu Əzizə Mustafazadə də var.
Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti, iş adamı Araz Ağalarovun oğlu, müğənni Emin Ağalarov və millət vəkili Ziyad Səmədzadənin qızı, bəstəkar Aygün Səmədzadə xalq artisti fəxri adını alanlardandır.