Prezidentin müşavirəsində Əhəd Abıyevin halı pisləşdi

“Bu gün cənab prezidentin  iştirakı ilə "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda  mən də iştirak edirdim. Müşavirə bitən kimi telefonuma zəng gəldi. Telefonu açanda aldığım xəbərdən çox pis sarsıldım. Qardaşımın dünyasını dəyişdiyi xəbərini verdilər”.
Modern.az xəbər verir ki, bunu Daşkəsənin icra başçısı Əhəd Abıyev, Heydər Əliyev Mərkəzindəki konfransda halının pisləşdiyi barədə yayılmış xəbərə aydınlıq gətirərkən deyib. O bildirib ki, rəhmətə gedən böyük qardaşıdır.
 “Rəhmətə gedən böyük qardaşım İbrahim Abiyevdir. 75 yaşı vardı. Xəstə idi. Bakıda yaşayırdı. Dəfn etmək üçün rayona aparıblar. İndi qardaşımın dəfninə gedirəm”.
 **
13:55
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Daşkəsənin İcra başçısı Əhəd Abıyevin halı qəfil pisləşib.
Bakipost.az-un məlumatına görə, konfransın birinci hissəsi başa çatdıqdan sonra icra başçısı zaldan çıxarkən başı gicəllənib və özünü güclə foyedəki skamyaya çatdırıb.
 Ətrafdakı insanlar, media nümayəndələri ona yardım edib, təcili yardım çağırmaq istəyiblər. Lakin icra başçısı həkimə ehtiyac olmadığını bildirib, su istəyib. Hadisə şahidlərinin sözlərinə görə, Ə.Abıyevin əlləri əsirmiş. İcra başçısının tədbirdə həyəcan keçirdiyi bildirilir.
 Qeyd edək ki, Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilir.
 Hökumət ümayəndələrinin, icra başçılarının qatıldığı konfransda prezident İlham Əliyev də  iştirak edib və geniş nitq söyləyib.