Prezidentin icra başçısı təyin etdiyi GƏNC KİMDİR? - DOSYE

Baxış sayı:
10225

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov vəzifədən azad edilib. Publika.az xəbər verir ki, dövlət başçısının imzaladığı digər sərəncamla Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyev Yevlax rayonuna icra başçısı vəzifəsinə təyin edilib. O, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir. Tağıyev Anar Aqil oğlu - 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Bakı şəhəri 1 saylı orta məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirib. Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək “Eurostyle” şirkətində ümumi işlər üzrə hüquqşünas, 2006-cı ildə H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışıb. 2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləmişdir. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin “İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək isə “Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş” şöbəsinin müdiri vəzifələrinə təyin olunub. 2011-ci ildən hal-hazırki dövrədək Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışır. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.