​Prezidentin general rütbəsi verdiyi xidmət rəisi kimdir?

Baxış sayı:
6823

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Ceyhun Əkbər oğlu Həsənova ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.
Muxalifet.az xəbər verir ki, Ceyhun Həsənov 5 dekabr 1962-ci ildə Salyanda anadan olub. 1981-83-cü illərdə orduda xidmət edib.
1994-cü ildə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Polis Akademiyasını bitirib. 1984-2004-cü illərdə daxili işlər orqanlarında müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb.
2004-06-da Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəisi vəzifəsində işləyib.
2016-cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini - Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin olunub.
Daxili işlər orqanlarında uzun illər ərzində qüsursuz xidmətinə görə Daxili İşlər naziri tərəfindən dəfələrlə müxtəlif təltiflərə layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 01.07.2009-cu il tarixli, 364 nömrəli Sərəncamı ilə Qanunçuluğun qorunmasında, cinayətkarlıqla mübarizədə igidlik və şücaət göstərdiyinə görə “İgidliyə” görə medalı ilə təltif olunmuşdur.
Ailəlidir, üç övladı var.