Prezidentin gecə klubunda rəqsi - VİDEO
12-02-2020 22:36
Baxış sayı:
2662
Ukrayna Prezidenti Vladimir Zelenskinin gecə klubunda rəqs edərkən çəkilmiş videosu yayılıb.
Vesti.ru xəbər verir ki, videonu “Tik-tok” istifadəçilərindən biri “Bəs siz prezidentlə rəqs etmisiniz?” sözləri ilə paylaşıb. Zelenski ilə rəqs edən qadının həyat yoldaşı Yelena Zelenskaya olduğu ehtimal edilir.
Paylaşım edən istifadəçi videonun Zelenski hələ prezident olmazdan əvvəl çəkildiyini qeyd edib.