“PREZİDENTİN CƏMİYYƏTLƏ AÇIQ TƏMASA GİRMƏSİNİ TƏQDİR EDİRİK” – “Ölkədə azad, ədalətli seçkilər keçirilməsi yolu ilə dövlət qurumları üzərində ictimai nəzarət təmin edilməlidir...”

Baxış sayı:
1007

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
artiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə ölkə başçısının Azərbaycan televiziyasına verdiyi müsahibədə bir sıra məmurların işğaldan azad olunmuş ərazilərdə rəhbəri olduqları dövlət təşkilatlarının ofislərinin açılması ilə bağlı təşəbbüslər, onların qulluq mövqelərindən sui-istifadə edərək dövlət vəsaitlərinin mənimsəməsi yolu ilə şəxsi karyerasını təmin etmək cəhdlərini ifşa edən fikirlərinə, eləcə də KİV-də sabiq və hazırkı nazirlərin korrupsiya əməlləri barədə yayılan məlumatlara münasibət bildirib.
Partiya yetkililəri ölkə başçısının həddini aşan oliqarx məmurların əməlləri barədə cəmiyyətlə açıq təmasa girməsini təqdir etməklə yanaşı, korrupsiya ilə mübarizənin yetərincə aparılmaması, bu günə qədər korrupsiyanı doğuran səbəblərin aradan qaldırılmamasını diqqətə çəkib və bu sahədə daha radikal addımlar atılmağının vacibliyini bildirib. İdarə Heyəti belə hesab edir ki, necə ki, idarəetmə sistemində əsaslı dəyişikliklər olmayıb, regionçuluğa, şəxsi sədaqətə söykənən kadr təyinatı, dövlətə bağlılıq, peşəkarlıq meyarlarına söykənməyib, hakimiyyət qollarının bir-birləri qarşısında hesabatlılığı təmin edilməyib, onlar üzərində siyasi institutlar tərəfindən ictimai nəzarət yaradılmayıb, bu halda korrupsiyanın əsaslı şəkildə aradan qaldırlmasından söhbət gedə bilməz.
ADP korrupsiyanın dövlətimiz üçün sağalmaz bir yara olduğunu, onun cəmiyyətin iqtisadi əsaslarını sarsıtdığını, sosial ədalətsizlik faktoruna çevrildiyini, ölkəmizin beynəlxalq nüfuzuna ciddi zərbə vurduğunu nəzərə alaraq dövlət başçısını bu yöndə təxirəsalınmaz adımmlar atmağa, ölkədə azad, ədalətli seçkilər keçirilməsi yolu ilə dövlət qurumları üzərində ictimai nəzarəti təmin etməyə, korrupsiya ilə mübarizənin şəffaflığını diqqətə almağa, KİV-də haqlarında korrupsiya məlumatları gedən korrupsionerlər baradə cinayət işinin başladılması üçün prokurorluq orqanlarına qəti göstəriş verməyə çağırıb.
İdarə Heyəti ikinci Qarabağ savaşından sonra dövlətin şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına yönəlik diqqət və qayğısını qeyd etməklə yanaşı, ayrı-ayrı səlahiyyət sahibləri tərəfindən süründürməçiliklərin, laqeyd münasibətin, onların sosial problemlərinin qulaqardına verilməsinin də hələ də tam aradan qalxmadığını bildirib və hakimiyyəti şəhidlərimzə, qazilərimizə, onların ailələrinə daha həssas yanaşmağa, bürokratik əngəlləri aradan qaldırmağa, onlara mənəvi, maddi dəstək olmağa çağırıb.
İdarə Heyəti Qarabağda Türkiyə və Rusiyanın birgə monitorinq mərkəzinin fəaliyyətə başlamasını təqdir edib və bu mərkəzin rus sülhməramlıları da daxil olmaqla, Azərbaycanın nəzarətindən kənarda qalan yuxarı Qarabağda gizlin fəaliyyət göstərən terror qruplarına birgə nəzarət edilməsinin effektli olacağına ümidvar olduğunu bildirib və hakimiyyəti yurisdiksiyamıza daxil olan bütün Qarabağ ərazisində suveren hüquqlarını beynəlxalq səviyyədə qorumağa, üçtərəfli sazişin tələblərinin pozulması cəhdlərini ən kəskin şəkildə almağa, rus sülhməramlılarının razılaşmada əldə edilən səlahiyyətlərinin həddini aşmamaq üçün qardaş Türkiyə ilə birgə fəaliyyət göstərməyə çağırıb.
İdarə Heyəti ABŞ-ın yeni administrasiyasını Cənubi Qafqaz siyasətində əvvəlki dönəmlərdən fərqli olaraq daha ədalətli mövqe tutmağa, regionun demokratikləşməsinə başlıca əngəl olan erməni faktoruna diqqətlə yanaşmağa və demokratiyanın bu bölgədə oturuşması üçün daha uzaq görən addımlar atmağa çağırıb.
 
Muxalifet.az