​“Prezidenti və onun klanını yox etmək lazımdır” – ŞOK AÇIQLAMA

Baxış sayı:
4006

Ukraynanın yeni rəhbəri müharibə, korrupsiya və təhlükəsizlik məsələləri ilə üz-üzə qalacaq.
 
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu “Naş” televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakşavili deyib. Onun sözlərinə görə, yeni hökumətə qarşı ən böyük müqaviməti köhnə sistemin klanı göstərəcək:
 
“Ona görə də güclü müqavimətə rəğmən hər kəsi sona qədər təmizləmək, prezident Poroşenko və onun klanını yox etmək lazımdır. Yeni prezidentə hazırkı parlamentlə heç bir kompromisə getməsinə imkan vermək olmaz”.