Prezidentdən Sumqayıtın icra başçısı ilə bağlı SƏRƏNCAM

Baxış sayı:
6742

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcovla bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə Zakir Fərəc oğlu Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.