PREZİDENTDƏN ŞOK TƏLƏB - Marqvelaşvili Əfqan Muxtarlı ilə bağlı araşdırma göstərişi verdi

Çərşənbə günü mətbuata verdiyi bəyanatında Gürcüstanın Prezidenti Georgi Marqvelaşvili Əfqan Muxtarlının Gürcüstandan çıxarılmasına dair iddiaların araşdırılmasını tələb edib.
O, deyib ki, "bir şəxsin Gürcüstan ərazisindən yox olması... bizim suverenliyimiz və dövlətçiliyimizə qarşı ciddi çağırışdır".
Prezident Gürcüstanın regionada media və insan haqqlarının qorunmasında lider olduğunu xatırladaraq, bu sahədə yüksək standartlara sahib olmağın Gürcüstan dövlətçiliyi üçün mühüm olduğunu vurğulayıb.