Prezidentdən Ramiz Mehdiyevlə bağlı növbəti SƏRƏNCAM

Baxış sayı:
5170

Azərbaycan Prezidenti İlham Əliyev Ramiz Mehdiyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə Ramiz Ənvər oğlu Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif edilib.