​Prezidentdən qərar: Bu ölkə ilə əlaqələr kəsildi

Baxış sayı:
7780

Paraqvay hökuməti Venesuela ilə diplomatik əlaqələri dayandırıb.
Muxalifet.az xəbər verir ki, bununla bağlı Paraqvayın Prezidenti Mario Abde Benites qərar qəbul edib.
Dövlət başçısı qərara əsasən Venesueladakı səfirliyin bağlanılacağını və diplomatik korpusun geri qayıdacağını bildirib.
O, hansı səbəbdən bu yöndə qərar verdiyini açıqlamayıb.