Prezidentdən “Qarabağ”la bağlı TVİT

 “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan xalqına qələbə sevinci bəxş etdi.
 
Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi tvitter səhifəsində paylaşılıb.
“Bütün dünya görür ki, Qarabağ Azərbaycan torpağıdır. Ağdam şəhəri işğal altında olsa da, onun idman təmsilçiləri Avropanı fəth edirlər. Azərbaycan döyüş meydanlarında da, idman meydançalarında da qələbələr qazanır”, - deyə vurğulanıb.