Prezident Yasamalın icra başçısını bu vəzifəyə göndərdi

Baxış sayı:
358

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Əziz Əzizovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Muxalifet.az xəbər verir ki, dövlət başçısının imzaladığı digər sərəncamla Ə.Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Suraxanı rayonunun icra başçısı İlqar Abbasov prezidentin sərəncamı ilə Şirvana, Şirvan şəhərinin icra başçısı M.Camalov isə Zərdan rayonuna təyinat alıb.