​Prezident Xalq artistinə mənzil bağışladı

Baxış sayı:
8526

Prezident İlham Əliyev teatr və kino aktyoru, Xalq artisti Məmmədsəfa Qasımova mənzil hədiyyə edib. 
Muxalifet.az xəbər verir ki, bu barədə "Report"a M.Qasımov özü məlumat verib.
O bildirib ki, mənzilin açarları bu gün təqdim olunacaq: "Prezident İlham Əliyevə təşəkkür edirəm. Dövlət başçısı mənə çox böyük diqqət göstərib. Artıq mənzilin sənədlərini götürmüşəm. Bu gün gedib evimə baxacam".