Prezident velosipedlə şou göstərdi - Video

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov yenidən maraqlı görüntülərlə gündəmə gəlib.
 
Türkmən lider bu dəfə velosiped sürə-sürə basketbol oynayıb. Hətta onun velosipedin üstündən atdığı top səbətə düşüb.
Artıq sosial şəbəkələrdə prezidentin addımı etiraza səbəb olub. Sosial şəbəkə istifadəçiləri onu Səddam Hüseyn və Kim Çen İnlə müqayisə ediblər./axar.az