Prezident təyyarəsi üçün özəl anqar tikilir

Baxış sayı:
4687

Bakı şəhər İcra Hakmiyyəti Azərbaycan prezidentinin İşlər İdarəsinə Boeing-747-8 hava gəmisinin saxlanılması məqsədilə anqar və köpüklü yanğınsöndürmə stansiyasının binasının tikintisinə icazə verib.

Məlumat tikintilərin dövlət reyestrində təqdim edilib.

Təyyarə anqarı Heydər Əliyev Beynəlxalq Hava Limanında tikiləcək. Layihəni "İmarət İnşaat" MMC hazırlayıb.