Prezident Trampa qarşı impiçment layihəsi qəbul edildi...

Baxış sayı:
4027

ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsi prezident Donald Trampın impiçmenti üçün iki müddəanı təsdiq edərək Nümayəndələr Palatasının Baş Məclisinə göndərdi.
Muxalifet.az 
bu barədə "Hurriyet"-ə istinadla xəbər verir.
Trampın impiçmentinə dair "vəzifə səlahiyyətlərindən sui-istifadə" və "Konqresin fəaliyyətinə mane olma" müddəaları səsvermədə təsdiq edildi.
"Vəzifə səlahiyətlərindən sui-istifadə" 17 respublikaçı deputatın “əleyhinə” və 23 Demokrat deputatın “lehinə” səsverməsi ilə qəbul edildi.
"Konqressin fəaliyyətinə mane olma” müddəası səsvermə zamanı eyni səs nisbəti ilə qəbul edildi.
İmpiçment layihəsinin, gələn həftə Nümayəndələr Palatasının Baş Məclisində qaldırılacağı və səsverməyə çıxarılacağı gözlənilir. İmpiçment layihəsi, 435 deputatın olduğu Nümayəndələr Palatasından keçərsə, respublikaçıların əksəriyyətinin çoxluq təşkil etdiyi Senata gedəcək, Trampın məhkəmə prosesi orada başlayacaq.
Bu səsvermə, ABŞ-ın keçmiş prezidenti Bill Klintona qarşı 1998-ci ildəki səsvermədən sonra prezidentin impiçmentinə yönəlmiş ilk layihədir.
RESPUBLİKA VƏ DEMOKRAT TƏKLİFLƏRİ arasında mübahisə
Səsvermədən əvvəl Ədliyyə Komitəsində Respublikaçı və Demokrat millət vəkilləri arasında mübahisə düşdü.
Respublikaçı deputatlar indiyə qədər aparılan impiçment istintaqının qanuniliyini şübhə altına aldılar və öz sıralarından heç bir şahidin dinlənilmədiyini vurğuladılar.
Demokrat vəkillər Trampın hərəkətlərinin "müdafiə ediləcək tərəfinin olmadığını" iddia etdilər.
Muxalifet.az