​Prezident Talibana səsləndi: fürsəti dəyərləndirin

Baxış sayı:
1252

Barışıq təklifimizə müsbət yanaşsanız, qarşıdan gələn seçkilərə siyasi partiya kimi qatıla bilərsiniz.
Muxalifet.az xəbər verir ki, bu sözləri Əfqanıstan Prezidenti Əşrəf Qani seçkilər barədə danışarkən deyib. O, Talibanı fürsəti yaxşı dəyərləndirməyə səsləyib. Qani həmçinin Əfqanıstan xalqının müharibədən bezdiyini söyləyib.
Qeyd edək ki, oktyabrın 20-də Əfqanıstanda millət vəkili seçkiləri keçiriləcək.