​Prezidentə şikayət etdi, BAŞINA GƏLMƏYƏN QALMADI – “Mənə dedi ki, səni məhv edəcəm” - ŞOK MƏKTUB

Qazax rayon sakini Əzimov Elşad Yusif oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəllif yazır ki, Qazax Məhkəməsi icra qrupunda işləyən Ramiz Şəmmədovun ondan rüşvət tələb etməsi ilə bağlı prezidentə şikayət etdiyi üçün təzyiqlərə məruz qalır. Şikayətçi yazır:
“Cənab Prezident! Qazax icra qrupunun şefi Ramiz Şəmmədovdan Prezidentə şikayət etdiyimə peşman oldum. 2 ay bundan əvvəl Ramiz Şəmmədov məndən 200 manat rüşvət istədiyi üçün prezidentə şikayət etmişdim. Bu, onun çox acığına gəlib.
Mən Prezidentə şikayət etməyim, bəs kimə edim? Prezident mənim ağsaqqalım, böyüyümdür! Vətəndaşın dayağıdır, Prezident!
Ramizə zəng vuranda telefonda mənə dedi ki, məndən şikayət etdiyin üçün səni məhv edəcəm, sən kimə ilişdiyini hələ bilmirsən. İndi də məni polisə axtarışa verib. Polislər qeydiyyatda olduğum evə gedib qardaşımdan məni soruşublar. Elə adamlar var ki, 1 manat da olsun aliment ödəmir, amma Ramiz onlarla belə davranmır. Səbəbi də məlumdur. Onun rüşvət məsələsini Prezidentə, prokurorluğa şikayət etdiyim üçün.
Məsələ burasındadır ki, mən hal-hazırda işləmirəm, amma buna baxmayaraq fəhləlik edib, hər ay alimentin tam hamısını, iş olmayanda isə bir hissəsini də olsa ödəyirəm. Ödənişə vaxt istəsəm də Ramiz Şəmmədov heç nəyi nəzərə almır. İndi Bakıda günü 3 manata olan evdə qalıram. Mən bilirəm ki, Ramiz Şəmmədov məni tutdurmaq istəyir.
Mən həm də bir əsgər atasıyam. Mənim oğlum Əzimov Xəyal Elşad oğlu Ağcabədi rayonunun N saylı hərbi hissəsində xidmət etmişdir. Ötən ilin aprel döyüşlərində iştirak etmiş və qarın nahiyəsindən yaralanmışdır.
Hörmətli cənab Prezident!
Sizdən 2-ci dəfə xahiş edirəm, mənə kömək edin. Qazaxlılara kömək edin. Ramiz Şəmmədov bütün Qazaxlıların bəlasına çevrilib. Aliment ödəyənlər bilmir ki, Ramizin haqqınımı versin, yoxsa alimentinimi ödəsin. Ümidimiz yalnız Sizədir! Siz hər bir Azərbaycanlının Prezidentisiniz! Xahiş edirəm Ramiz Şəmmədovun əməllərinə son qoyulması üçün müvafiq tapşırıq verin”.
 
Muxalifet.az
 
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.