​Prezident seçkilərinə 55 milyon manatdan artıq vəsait ayrılacaq - AZƏRBAYCANDA

Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərinin keçirilməsinə ayrılacaq vəsaitin məbləği məlum olub.
Muxalifet.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsində əks olunub.
Layihədə seçkilərin keçirilməsi üçün  55 136 429 manat vəsait nəzərdə tutulduğu qeyd olunub.
Qeyd edək ki, layihə Milli Məclisə təqdim olunub.