​Prezident seçkiləri üçün MDB müşahidə missiyasının rəhbəri TƏSDİQLƏNDİ

Baxış sayı:
3247

Azərbaycanda keçiriləcək prezident seçkilərində Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyasına MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev rəhbərlik edəcək.
MDB İcraiyyə Komitəsindən verilən məlumata görə, qərar bu gün Minskdə keçirilən MDB-nin Daimi Səlahiyyətli Nümayəndələr Şurasının iclasında qəbul edilib.
İcraiyyə Komitəsindən bildiriblər ki, hazırda müşahidə missiyasının formalaşdırılması prosesi gedir.
"Report"un daha əvvəl xəbər verdiyi kimi, MDB-nin uzunmüddətli müşahidə missiyası Bakıya martın 20-də, qısamüddətli missiya isə seçkilərdən bir neçə gün əvvəl gələcək.
Xatırladaq ki, Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri aprelin 11-də baş tutacaq. (report)