​Prezident seçiləcəm, bu səbəbdən həyəcanlıyam - İncə

Baxış sayı:
6283

24 iyunda prezident seçiləcəm, bu səbəbdən həyəcanlıyam.
Muxalifet.az xəbər verir ki, bu sözləri CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə deyib.
"Bu gün Türkiyədə məhkəməni, qanunvericiliyi idarə edən biri var. "Universitet bölünsün" deyir, bölünür. Belə bir vəziyyətdə prezident olacağam. Mən çox böyük bir çətinliklə qarşı-qarşıya qalacağam. Qaydaları düzgün qoysaq, işin içindən çıxacağıq", - İncə söyləyib.