​Prezident Sarayı VURULDU – 6 ölü, 30 yaralı

Baxış sayı:
5638

Səudiyyə Ərəbistanının başçılq etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Sana şəhərində husilərin nəzarəti altında olan prezident sarayına iki hava hücumu həyata keçirib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, sarayın bir hissəsi dağılıb.
“Anadolu” ölən və yaralananların sayı haqqında dəqiq məlumatın olmadığını bildirib. Rusiyanın “Sputnik” agentliyi isə 6 nəfərin öldüyünü, 30-dan çox insanın yaralandığını xəbər verib.
Qeyd edək ki, İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından Sanaya və ölkənin bəzi bölgələrinə nəzarət edir. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından etibarən Yəmən hökumətinə dəstək verir və bu ölkədə qiyamçılara qarşı əməliyyatlar həyata keçirir.