Prezident Samir Şərifovdan əsassız xərclərə son qoyulmasını tələb etdi

Baxış sayı:
979

“Xərclərə nəzarət gücləndirilməlidir. Xüsusilə dövlət xətti ilə alınan mallara çox ciddi nəzarət olmalıdır”.

Müxalifet.az  bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə maliyyə naziri Samir Şərifovun çıxışından sonra deyib.

“Çünki bəzi hallarda orada şişirtmələr də olur. Bəzi hallarda dövlət təşkilatları, necə deyərlər, öz rahatlıqları üçün lazım olmayan bir çox mal-material, əşya alırlar. Belə hallar var. Xaricdən avtomobillər, texnika, mebel alırlar. Buna son qoyulmalıdır. Biz bütün bu yersiz xərclərə son qoymalıyıq”, - deyə dövlət başçısı vurğulayıb.