Prezident Ərdoğan: "QÜDSDƏN VAZ KEÇMƏYƏCƏYİK"!

Baxış sayı:
370

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Ankarada səfirlərlə iftar görüşündə çıxış edib. Ərdoğan, Qüds məsələsində çox aydın bir mesaj verib və “Qüds üzərindəki hüquqlarımızdan heç vaxt vaz keçməyəcəyik” - deyib.
 
 Prezident Ərdoğan, iftra süfrəsində bütün dünya dövlətlərinin səfirlərinə Qüdsü Şərif üzərindəki hüquqlarından güzəştə getməyəcəklərini bəyan edib:
“İlk qibləmizi, on illərdir qan, göz yaşı və işğaldan qidalanan bir dövlətin insafına əsla tərk etməyəcəyik. Qüds üç səmavi dinin mənsubları üçün də sülh, hüzur, əmin-amanlıq yurdu olana qədər mübarizəmizi davam etdirəcəyik.
Türkiyə olaraq İran nüvə məsələsini, o cümlədən, yoluna qoyulmuş böhranların yenidən köpükləndirilməsini əsla qəbul etmirik”.
Müxalifət.az