​Prezident öz şirkətini satmaq üçün 3 milyard dollar istəyir

Ukrayna prezidenti Pyotr Poroşenko sahibi olduğu “Roshen” şirniyyat korporasiyasını satmaq istəyir. “Roschen”i almağa niyyətli olan yeganə namizəd İsveçrənin “Nestle” şirkətidir. Lakin isveçrəlilərin təklif etdiyi 1 milyard dollarlıq təklif Poroşenkonu razı salmayıb. O, şirkətini 3 milyard dollardan ucuz qiymətə satmayacağını elan edib.
“Şirkəti 1 milyard dollara satmaq ehtimalımız demək olar ki, yoxdur” - deyə “Roschen”nin baş direktoru Vyaçeslav Moskalevski bildirib.
Ukrayna Prezident Administrasiyasının rəhbəri Boris Lojkin “danışıqlar davam edir” - deməklə kifayətlənib.
Bundan öncə, Poroşenko investor tapa bilməyəcəyi halda, “Roshen”i şirkətin menecerlərinə satacağını demişdi. Şirkət üçün “Rothscild” investisiya kompaniyası müştəri axtarır. (Modern.az)