Prezident Musa Yaquba ev verdi

Baxış sayı:
5413

Prezident İlham Əliyev Xalq şairi Musa Yaquba mənzil hədiyyə edib. Muxalifet.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya şairin özü məlumat verib. O qeyd edib ki, mənzil Bakı şəhərindədir və 3 otaqlıdır. Xalq şairi ona mənzil hədiyyə etdiyi üçün ölkə başçısı İlham Əliyevə minnətdarlığını ifadə edib: “Bu qoca və xəstə halımda ölkə başçısı məni bir daha sevindirdi. Buna görə özüm və ailəm adından Prezidentə təşəkkür edirəm”.