Prezident Murad Köhnəqalaya ev verdi

Baxış sayı:
3253

Prezident İlham Əliyev yazıçı Murad Köhnəqalanın evlə təmin olunması barədə sərəncam imzalayıb.

Muxalifet.az bildirir ki, bu barədə M.Köhnəqala öz "Facebook" hesabında yazıb:

"Əziz dostlar! Mənzil problemimlə bağlı möhtərəm prezidentimiz cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığımız müraciət öz bəhrəsini verdi! Prezident İlham Əliyev mənim mənzillə təmin edilməyim barədə sərəncam imzalayıb. Bu şad xəbəri BŞİH-dən mənə zəng edərək bildirdilər.  Möhtərəm prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir.

Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm! Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram! 

Qoy həmişə günəş olsun!"