​Prezident məmurlara xəbərdarlıq etdi : "Heç kimə güzəşt edilməyəcək!"

“Dövlət məmurları və onların ailə üzvləri davranış normalarına ciddi riayət etməlidirlər”.
 
Muxalifet.az bildirir ki, prezident İlham Əliyev bunu bu gün Nazirlər kabinetinin iclasında çıxış edərkən deyib.
Dövlət başçısı xalqa xidmət, təvazökarlıq, təkəbbürlü davranmamaq prinsiplərinin dövlət məmurlarının əsas həyat və fəaliyyət normasına çevrilməsinin zəruriliyini vurğulayıb.
Prezident bu məsələdə heç kimə güzəştin olunmadığını və bundan hamının nəticə çıxarmalı olduğunu bildirib.