Prezident məmur övladlarının qanunsuz əməllərinə göz yumur? - MÜXALİFƏTDƏN İTTİHAM

Azərbaycan demorkatik müxalifətinin liderləri Bakıda H.Əliyev prospektində baş vermiş qəza ilə bağlı mövqe bildiriblər. Qəza təqsirkarları ümumi istifadə üçün nəzərdə tutulmuş yolda bahalı maşınlarla yarış təşkil edən baş nazir müavininin nəvəsi və polis əməkdaşıdır.
Azərbaycan demorkatik müxalifətinin liderləri Bakıda H.Əliyev prospektində baş vermiş qəza ilə bağlı mövqe bildiriblər. Qəza təqsirkarları ümumi istifadə üçün nəzərdə tutulmuş yolda bahalı maşınlarla yarış təşkil edən baş nazir müavininin nəvəsi və polis əməkdaşıdır.
Prezidentliyə keçmiş namizəd, Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli 21 yaşlı avtomobil sahibi Nail Allahverdiyevin babasının - hökumətin baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun vəzifəsinə diqqət çəkir. Məmur övladlarına məxsus avtomobillərin dəyəri bütün qaçqınlara bir illik maddi yardımdan daha çoxdur. Həm də elə həmin Əli Həsənov ayda cəmi 36 manat yardım alan qaçqınlara qənaətli yaşamağı təklif edirdi. C.Həsənli Allahverdiyevin qanuna uyğun olaraq cəzalandırılacağına inanmır, əvvəllər də ölkədə yüksək vəzifəli məmurların və generalların övladlarının iştirakı ilə buna bənzər hadisələr olduğunu, amma bıçaqla restoran işçisini kəsən general oğlunun bir neçə ay sonra azadlığa buraxıldığını xatırladır. Milli Təhlükəsizlik Nazirliyinin keçmiş generalı, özü də böyük korrupsioner olan Çovdarovun məhkəmədə böyük korrupsiyası haqqında ifadə verdiyi keçmiş Bakmetropoliten rəisi Tağı Əhmədov da cəzasız qalıb. Əvəzində təqsirsiz müxalifətçilər - Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı və başqaları uzunmüddətli həbs cəzalarına məhkum edilir, - deyə C.Həsənli xatırladıb.
"Bu biabırçılığın yeganə təqsirkarı kleptokratik şəbəkənin başında duran və xalqı dilənçi vəziyyətinə salan İlham Əliyevdir", deyə C.Həsənli iddia edir.
Əliyevin rəhbərliyi altında ölkə ailə-klan idarəetmə sisteminə sürüklənib. Əgər bir ölkənin rəhbərliyi başqa dövlətdən jurnalist oğurlayırsa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin nəvəsinin hərəkətinə təəccüblənmək lazım deyil, - deyə C.Həsənli yazır.
Müsavat Partiyasının sədri Arif Hacılı Əli Həsənovu müdafiə etmək niyyətilə 21 yaşlı N.Allahverdiyevin bahalı mercedes cipi şəxsən qazandığı pulla aldığını deyən deputat Astan Şahverdiyevin çıxışını xatırladıb. O, hətta Naili Bill Qeytslə müqayisə edib. A.Hacılı deputatdan "Azərbaycanlı Bill Qeytsin" bu böyük gəlirinin mənbəyini açıqlamağı xahiş edib. O, bu vəsaitdən vergi ödəyirmi?
Digər deputat, keçmiş demokrat Fazil Mustafa bildirib ki, baba nəvənin cinayətinə görə cavabdeh deyil. Müxalifətçilər xatırladırlar ki, demokratları təqib edərkən bu prinsip işləmir. Azərbaycanda xaricdə yaşayaraq, doğma ölkəni tənqid edən demokratların ailə üzvlərinin amansız cəzalandırılması adi hala çevrilib.
Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli facebook-da İ.Əliyevin çətin seçim qarşısında qaldığını yazır: "Bilmir necə etsin - YAP-dakı müavini, baş nazirin müavini, "Qaçqınkom"un sədri Əli Həsənovu işdən çıxarsınmı, yoxsa yox? Bir tərəfdən başa düşür ki, qudurğanlıq edən məmur övladlarının valideynlərini cəzalandıracağına dәfәlәrlә xalqın qarşısında söz verib vә indi bunu etməmək xalqın onsuz da ona olmayan inamını tam olaraq bitirəcək. O biri tərəfdən də fikirləşir ki, axı Əli Həsənov rejimə siyasi vә ya maliyyə xəyanəti etmәyib, onu yalnız ictimai rəyin təzyiqilə cəzalandırsa, bu, onun zəifliyi olacaq. Əli Kərimli hadisələrin inkinci inkişafı variantını mümkün sayır, hakimiyyətin xalqın fikri ilə hesablaşmaq niyyətində olmadığını iddia edir. Hakimiyyət xalqa gərəksiz olduğu anlayışını aşılamaq lazım olduğunu düşünür. "Hakimiyyət xalqla hesablaşmamalıdır, - İ.Əliyevin mövqeyi belədir. O, seçim etməlidir: xalqın fikrinə məhəl qoymamaq və ya cəmiyyətin tələbləri ilə razılaşmaq".
Xatırladaq ki, avqustun 3-də Bakıda H.Əliyev prospektində iki nəfərin ölümünə və iki nəfərin yaralanmasına səbəb olan ağır avtomobil qəzası Azərbaycan cəmiyyətində güclü rezonans doğurub. Bu YNH-nin təqsirkarı Mercedes Gelandewagen sürücüsü - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevdir. Allahverdiyev kimi, onun yarışarkən qəza törətdiyi 99 FS 777 dövlət nömrə nişanlı "Mazda" avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılov da həbs edilib. "Maqa" ləqəbli M.İsmayılov Nəsimi rayon Polis İdarəsinin Yol Polisi bölməsinin keçmiş rəis müavini, mayor Əlövsət İsmayılovun oğludur. Mirməhəmməd Nəsimi rayon Polis İdarəsinin 20 saylı polis bölməsində işləyir.

Contact.az