Prezident Əli Həsənov və Hacıbala Abutalıbovu işdən çıxardı - SƏRƏNCAM

Baxış sayı:
22654

Prezident İlham Əliyev Əli Həsənovun və Hacıbala Abutalıbovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncamlar imzalayıb.

Sərəncamda qeyd edilir ki, Əli Şamil oğlu Həsənov və Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsinlər.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.