Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib

Baxış sayı:
3538

Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. APA-nın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin məzarı önünə əklil qoyub. Azərbaycanın dövlət himni səslənib. Prezident görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri düzüb. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.