“Prezident heç bir sahədə islahat apara bilməz..." - HUSEYN YUSUBOV

Baxış sayı:
11176

Hüseyn Yusubov: “Saakaşvilinin yenidən Gürcüstan vətəndaşı olması üçün çox geniş prosedurlara ehtiyac yoxdur”

Oktyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkiləri demokratik, səffaf seçki baxmından region ölkələri üçün örnək olacaq bir seçim nümunəsi oldu. Hazırda iqtidarda olan “Gürcü arzusu” Partiyasının dəstəklədiyi Salome Zurabişvilinin Vahid Milli Hərəkat Partiyasının dəstəklədiyi Qriqol Vaşadzedən 1 faizdən bir az çox səs toplamasını, bəlkə də, çoxları gözləmirdi. Çünki adətən biz öyrənmişik ki, seçkiləri iqtidar qazanar, seçki ikinci tura qalmaz.

İqtidar və müxalifət nümayəndələri təxminən eyni səs faizlərini bölüşsələr də, Gürcüstanda seçkilərin necə keçdiyini öyrənmək və digər suallarımıza cavab almaq məqsədilə Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubovla söhbətləşdik.

(Əvvəli bu linkdə: “İqtidarın Zurabişvilini dəstəkləməsi daxildə intriqalar yaratdı” – KONQRES SƏDRİ)

- Ancaq Gürcüstan Konstitusiyana görə, prezidentin vətəndaşlıq vermək səlahiyyəti var. Ona görə, Vaşadze prezident seçilərsə, Saakaşvilinin vətəndaşlığı bərpa oluna bilər. Vaşadze prezident seçildiyi təqdirdə ekspertlər ehtimal edirlər ki, Saakaşvili yenidən hakimyyətə gəlib, baş nazir seçilə və Gürcüstanda ikinci islahat dalğasını başlada bilər.

- Teoriyaya görə, sizin dediyinizin hamısı mümkündür. Gürcüstanda vətəndaşlıq çox sadələşdirilmiş bir vəziyyətdədir. Yəni kimlər ki, orada doğulub və bu gün başqa ölkələrin vətəndaşıdır, Gürcüstan vətəndaşı deyilsə, onlar Gürcüstan hökumətinə müraciət edirlər və vətəndaşlıqlarını bərpa etmək üçün çox bəsit bir prosedurdan keçərək, gürcü dilindən imtahan verərək vətəndaşlıq ala bilirlər. Kim olmasından asılı olmayaraq, istər Saakaşvili, istər başqa şəxslər olsun, vətəndaşlıq ala bilirlər. Yəni Saakaşvilinin yenidən Gürcüstan vətəndaşı olması üçün çox geniş prosedurlara ehtiyac yoxdur. Bundan başqa, bir neçə ay öncə Gürcüstan hökuməti qərar qəbul etdi ki, bundan sonra kim Gürcüstan vətəndaşlığından imtina etsə, onu Gürcüstan vətəndaşlığından çıxartmayacaqlar. Yəni bizim qanunlarda dəyişiklik oldu ki, get, istəyirsən 50 ölkənin vətəndaşı ol, amma eyni zamanda Gürcüstanın vətəndaşı ol. Qaldı baş nazir olmağa, məsələn, İvanişvili Fransa dövlətinin vətəndaşı olaraq Gürcüstanda baş nazir oldu. Yəni baş nazir başqa ölkənin vətəndaşı ola bilər. Ona bizim qanunlarımız imkan verir. Bundan ötrü öncə bizim parlament seçkisi təyin olunmalıdır. Parlament seçkisini hansısa partiya udmalıdır və udan partiya da iqtidarı formalaşdırmalıdır. Bu gün prezident seçkisindən söhbət gedir, parlament seçkisindən söhbət getmir. Parlament seçkisinə hələ 2 il var.

- İkinci turda Vaşadezenin qələbə qazanacağına ümid edirsinizmi?

- Bilirisiniz ki, bu gün Zurabişvili ilə Vaşadzenin arasında 1 faiz səs fərqi var. Bu, o deməkdir ki, starta eyni vəziyyətdən çıxırlar. Eyni vəziyyətdə starta çıxırlarsa, şansları da eynidir. Bundan sonra hadisələr necə inkişaf edəcək, bunlar hansı mövqelərdən çıxış edəcəklər, hansı məsələlərə nə cür yanaşacaqlar, hansı məsələlər haqda nə cür bəyanat verəcəklər, butün bunlar Zurabişvilinin və Vaşadzenin gələcək səslərinə təsir edən faktorlardır. Mən hər ikisinə uğurlar arzu edirəm. Kim olacaqsa, ümumi Gürcüstan vətəndaşlarının seçdiyi şəxs olacaq. Yəqin ki, hamının prezidenti olmağı bacaracaq.

- Hüseyn müəllim, müsahibənin əvvəlində qeyd etdniz ki, Qriqol Vaşadze rus diplomatı, Zurabişvili isə fransız diplomatıdır və mən buna ürəkağrısı keçirirəm. Bu diplomatların hansısa birinin prezident seçilməsinə niyə ürəkağrısı keçirirsiniz?

- Zurabişvili Fransa məktəbinin yetirşdirdiyi diplomatdır,Vaşadze isə rus məktəbinin yetişdirdiyi diplomatdır. Urəkağrıdan onların hansınınsa prezident seçilməyi deyil, ürəkağrıdcı olan odur ki, Gürcüstanda təhsil almış, Gürcüstan atmosferasında böyümüş prezidentliyə namizəd olub, prezident olarsa, daha gözəl olar.

-Vaşadze qələbə çalarsa, bu Gürcüstanda yeni islahatların başlamasına səbəb olacaq, yoxsa...?

-Mən bayaq qeyd etdim ki, prezidentin heç bir islahat aparmaq səlahiyyəti yoxdur. Fərqi yoxdur, hansı seçilir-seçilsin. Prezidentin heç bir sahədə - nə iqtisadiyatda, nə qanunlarda heç bir islahat aparmaq səlahiyyəti yoxdur. Heç bir sahədə islahat apara bilməz. Yalnız öz idarəsində islahat apara bilər, 1-2 ştatı ya artırar, ya da azaldar.

-Yeri gəlmişəkən, azərbaycanlıların proseslərdə aktivliyi necədir?

-Azərbaycanlılar heç olmadığı qədər bu seçkilərdə aktivdirlər. Bütün partiyalarda azərbaycanlılar var. Bu, sevindirici haldır. Mən fürsətdən istifadə edib, sizin qəzetiniz vasitəsilə azərbaycanlılarımıza müraciət emək istəyirəm, onlara aktivlik arzu etmək istəyirəm. Amma bu aktivlik düşmənçilik gətirməsin. Aktiv mübarizə aparıb, sonda bir-birini təbrik etməyi bacarsınlar. Bu, bir mübarizədir, müharibə deyil. Mübarizədə də şəxsi faktoru ikinci plana çəkmək lazımdır. Yəni bu, kim uddu, kim uduzdu demək deyil, hansı ideologiya, proyektlər, uddu, hansı ideologiya, proyektlər uduzdu, xalq bəyənmədi, deməkdir. Udmaq üçün fərqi yoxdur ki, hansı seçkilərdən söhbət gedir. İstər yerli bələdiyyə seçkiləri, istər prezident, istərsə də parlament seçkiləri olsun, burada seçkiyə qatılan insanlarmız proyektləri, təklifləri ilə qatılmağı bacarmalıdırlar ki, mən bu orqana seçilərəmsə, bu layihələrlə hərəkət edəcəm və seçicilər də həmin layihələrə dəyər verib, seçməlidirlər. Yoxsa, bunun qaşı, gözü qaradır, belə səs vermək artıq yoxdur.

-Qeyd etdiyiniz kimi, bu seçkilərdə ikinci tura keçən namizədlər arasında 1 faiz səs fərqi var. Bu, iqtidarın seçkilərdə psixoloji olaraq sarsılması anlamına gəlmirmi?

-Yox, mən bir sarsıntı görmürəm. Çnki iqtidar nümayəndələri də əvvəlcədən ikinci tur haqqında müəyyən fikirlər söyləyirdirlər.

-Ancaq Tiflis meri Kaxa Kaladze Zurabişvilini dəstəklədiyi üçün partiyanın səhv addım atıdğını deyib. O zaman sarsılmadılarsa, niyə bu sözləri deyib?

-Kaladze çox savadlı bir adamdır. Ona təkcə futbolçu kimi baxmaq lazım deyil, savadlı bir adamdır. Bayaq mən sualların birinə cavab verəndə qeyd etdim ki, partiyalar oturub öz səhvlərini, düzlərini analiz edrilər. Mən də vurğuladım ki, daha yaxşı olardı ki, iqtidar partiyası öz cərgələrindən birini namizəd verəydi. Bu, daha uyğun olardı. Salome xanmın konkret bir bölgəsi yoxdur ki, bu bölgənin mənsubudur, bu bölgə buna dəstək olur. Bilirsiniz ki, Gürcüstanda da, Azərbaycanda olduğu kimi eloğluluq məqamları var. Həm də ki, komandanın mənsubu olanda komanda ürəklə bir əl, bir bilək olmağı bacarır. Hamısı da zərbəni eyni yerə vuraraq qələbəyə doğru addımlayır. Komandanın içində 50-yə qədər namizədliyə layiq olan insan varsa, həmin şəxslər özlərini namizəd kimi düşünürsə və özərini örada görməyəndə istər-istəməz ruh düşkünlüyü yaranır. Həmin insanlar da partiyada olan lider şəxslərdir. Bu şəxslərdə ruh düşkünlüyü yarandısa, bu seçkilərdə tam ürəklə iştirak etdiyini kim desə, bu, yalandır. Belə şeylər də üst-üstə gələndə ikinc tur ortaya gəlib çıxır. Bu, bir faktorla olmur. Bir neçə faktor üst-üstə gələndə nəticə yaranır.

Hurriyyet.org