​Prezident Hadı Rəcəblini mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hadı Rəcəblinin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hadi Musa oğlu Rəcəbli 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.