​Prezident Hacıbala Abutalıbovu vəzifəsindən azad etdi – SƏRƏNCAM

Baxış sayı:
4315

Muxalifet.az xəbər verir ki, prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun vəzifəsindən azad olunması haqda sərəncam verib. 
​Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
 
1. Hacıbala İbrahim oğlu Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
 
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
İlham Əliyev
 
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 21 aprel 2018-ci il.