Prezident deputatla bağlı sərəncam verdi

Prezident İlham Əliyev Əhliman Tapdıq oğlu Əmiraslanovla bağlı sərəncam verib.
 
Dövlət başçısının sərəncamına əsasən, ölkənin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhliman Tapdıq oğlu Əmiraslanov “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Ə.Əmiraslanov Milli Məclisin Səhiyyə komitəsinin sədridir.