Prezident daxili işlər nazirini qovdu, rütbəsini mayora endirdi - BÜTÜN MÜKAFATLARI DA LƏĞV OLUNDU

Baxış sayı:
12322

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Daxili İşlər nazirini vəzifədən azad edib.

Muxalifet.az “Yeni Sabah”a istinadən xəbər verir ki, general-leytenant İsgəndər Mulikovun rütbəsi mayora qədər endirilib, bütün dövlət mükafatları ləğv edilib.

Prezident hökumətin və Milli Təhlükəsizlik Şurasının birgə iclasında belə qərar qəbul edib. Berdiməhəmmədov bu qərarını nazirin işində ciddi nöqsanların olması, vəzifə səlahiyyətlərindən sui-istifadə, kobud qanun pozuntuları ilə əlaqələndirib.

Berdiməhəmmədov Məmmədxan Çakıyevi yeni Daxili İşlər naziri təyin edib.