PREZİDENT DAHA 3 MƏMURA XƏBƏRDARLIQ ETDİ - "Bu adamların beyninə belə ziyanlı fikirlər gəlir..."

Baxış sayı:
1081

"“Azəravtoyol", onun rəhbəri mənə müraciət edib ki, icazə verin, Şuşada Azərbaycan "Azəravtoyol" qurumunun regional mərkəzini açaq. Nə üçün? Yol çəkmək lazımdır, get, yol çək. Özü öz hesabına heç kim yol çəkmir, dövlət büdcə ayırır. Şuşada Azəravtoyolun regional mərkəzinin nə işi var?”

AzərTac xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.


Saleh Məmmədov

Ölkə başçısı fikirlərini belə davam etdirib:

“Belə də özü üçün şərait yaratsın, getsin o torpağı zəbt etsin, özü üçün iqamətgah tikdirsin, onu hasara alsın, bir qarovulçu qoysun və bəli, oraya gedəndə otursun orada belə təbiəti, necə deyərlər, seyr etsin. AZAL, onun da rəhbəri mənə müraciət etmişdir ki, AZAL-ın hansısa qurumunu Şuşada yaratmaq istəyirlər. Bu, prinsipcə absurddur. Ona da lazımi sözləri demişəm ki, get otur yerində.

Cahangir Əsgərov

Ondan sonra, Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun?

Səfər Mehdiyev

Bilirsiniz, belə ziyanlı fikirlər bu adamların beyninə gəlir və onlar da bunu tələffüz edirlər”.