​Prezident bu nazirləri öz yerlərinə təyin etmədi... - SİYAHI

Baxış sayı:
3259

Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.
Muxalifet.az xəbər verir ki, yeni tərkibdə bir sıra nazirlik və dövlət komitələrinə rəhbər təyin edilməyib.
Belə ki, Azərbaycan səhiyyə, təhsil, gənclər və idman, ekologiya və təbii sərvətlər, müdafiə sənayesi və mədəniyyət nazirləri təyin edilməyib.
Həmçinin Dövlət Gömrük Komitəsinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Dövlət Statistika Komitəsinə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Diaspor ilə İş üzrə Dövlət Komitəsinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Dövlət Miqrasiya Xidmətinə, Azərsu ASC-yə,  Dövlət İmtahan Mərkəzinə sədr təyinatı olmayıb.