Prezident Administrasiyasının rəhbəri istefa verdi - UKRAYNADA

Baxış sayı:
5091

Ukrayna prezidenti Vladimir Zelenskinin Ofis rəhbəri Andrey Boqdan ərizə yazaraq işdən çıxıb.

BAKU.NEWS “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, Boqdanın ərizəsi bu gün prezidentə təqdim olunub.

Xatırladaq ki, Zelenski Boqdanı Prezident Administrasiyasının rəhbəri vəzifəsinə mayın 21-də təyin edib.Ancaq cəmi 2 gün sonra Boqdanın istefaya göndərilməsi üçün ilk petisiya imzalanmağa başlanıb. Bununla belə, Zelenski Boqdanı vəzifəsindən azad etməyib. İyulda yenidən Boqdana qarşı petisiya imzalanmağa başlanıb. Ukrayna qanunvericiliyinə görə Viktor Yanukoviçin dövründə işləyən məmurlar dövlət vəzifəsi tuta bilməzlər. Boqdanın istefası da bu səbəbdən tələb edilirdi.