Prezident Administrasiyasında Novruz Məmmədovun varisi – YENİLƏNİB

Baxış sayı:
4621

Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdir müavini vəzifəsinə dünənə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi olan Hikmət Hacıyev təyin edilib.
XİN-dən Turan agentliyinə bu məlumatı təsdiq ediblər, baxmayaraq ki, bu barədə hələlik rəsmi məlumat yoxdur.
Beynəlxalq əlaqələr şöbəsi Novruz Məmmədovun baş nazir vəzifəsinə gedişindən sonra sahibsiz qalmışdı.

***
09:32
Hikmət Hacıyev Prezident Administrasiyasında yüksək vəzifəyə təyin olundu

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə təyin olunub. Bu barədə məlumatlı mənbələrdən informasiya daxil olub.
Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri vəzifəsi Novruz Məmmədovun baş nazir təyin olunmasından sonra boş qalır. Bu baxımdan Hikmət Hacıyev faktiki olaraq şöbə rəhbərinin səlahiyyətlərini icra edəcək.
H.Hacıyev 1979-cu ildə Gəncədə anadan olub. BDU-nun beynəlxalq münasibətlər fakültəsinin məzunudur, habelə Belçikanın ULB universitetində təhsil alıb. 2000-ci ildən XİN-də işləyir. 2014-cü ildə nazirliyin mətbuat xidmətinin rəhbəri təyin olunub.