Prezident Administrasiyası rəhbəri sərt tənqid etmişdi, amma... – NAZİM İBRAHİMOVA YENİ VƏZİFƏ VERİLMƏSİNİN SİRRİ!

Kəmaləddin Heydərovun “gömrükdəki adamı” Vüsal Novruzov haqqında şok faktlar...

Baxış sayı:
7549

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Beləliklə, ötən həftə - 28 may – 04 iyun 2018-ci il tarixdə elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov olmuşdur. “Nazim İbrahimov Ramiz Mehdiyevi haqsız çıxardı; “əmanəti ünvanına çatdırıbmış”, “"Vəzifəsinin öhdəsindən gələ bilməyən" Nazim İbrahimova yeni vəzifə verildi- FOTO”, “Nazim İbrahimov bundan sonra Nizami Gəncəvini dünyada təbliğ edəcək”, “Prezidentin işdən çıxardığı Nazim İbrahimova yeni vəzifə verildi”, “Nazim İbrahimova yeni vəzifə verildi –Mərkəz sədri təyin olundu”, “Nazim İbrahimova yeni vəzifə verildi”, başlıqlı 7 məqalə ümumilikdə 32 elektron KİV-də işıqlandırılmışdır. Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri Fövqəlada Hallar naziri Kəmaləddin Heydərov “Kəmaləddin Heydərovun “Gömrükdə adamı” Vüsal Novruzov haqqında bilmədiklərimiz?, “Kəmaləddin Heydərov seksual kitab yazan polkovniki İŞDƏN QOVDU”, “Kəmaləddin Heydərovun oğlunun məktəbində dodaq uçuqladan – Qiymətlər”, “Kəmaləddin Heydərovun qovduğu generalın qardaşı və talanan milyonlar”, “Generalın DTX-ya aparılması Kəmaləddin Heydərovu Dubaydan geri dönməyə vadar edib… – FOTO” başlıqlı 5 məqalənin 20 elektron KİV-də yayılması ilə tutur. Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 3-cü və sonuncu yeri “Səlim Müslümov və Süleyman Mikayılov sahibkarlara qan uddururmuş... - ŞOK FAKTLAR”, “SƏLİM MÜSLÜMOVA SADİQ XANIM KADR NAZİRLİKDƏ YERİNİ QORUMAQ ÜÇÜN İNDİ KİMİN "QOLTUĞUNA SIĞINIB”, “Səlim Müslümov hara köçüb? - AÇIQLAMA ”, “GÖYÇAYDAKI DƏHŞƏTİN BAİSKARLARI: Ziya Məmmədov, Səlim Müslümov… və ATF şirkəti – VİDEOLAR, FOTOLAR”, “Nazirin döyüşçülərə və əlillərə verdiyi vədlər satışa çıxarılıb - ''Amal 2015'' barəsində şok detallar aşkarlanıb - FOTO/VİDEO”, “Nazirdən şok: Səlim Müslümovun bu kadrları niyə qayıdır? - İddialar” başlıqlı 7 məqalənin 15 elektron KİV-də yayılması ilə Əmək və Əhalinin Sosial Müdafiəsinin sabiq naziri Səlim Müslümov tutur. DEPUTATIN GENERAL QARDAŞI NİYƏ İŞDƏN ÇIXARILDI Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci və sonuncu yeri “Deputatın general qardaşı işdən çıxarıldı”, “Deputatın bir il əvvəl general olan qardaşı işdən niyə çıxarıldı - versiya” başlıqlı 2 məqalənin 20 saytda yayılması ilə yeganə deputat Hacı Salayev tutur. Muxalifet.az